Sərgi haqqında

“Securex Caspian” sərgisi beynəlxalq səviyyəli tədbirdir və hüquq-mühafizə orqanları, eləcə də sərhəd, xilasetmə və xüsusi təyinatlı xidmətlər üçün nəzərdə tutulmuş perspektiv texnika nümunələrinin, habelə inteqrasiya olunmuş təhlükəsizlik sistemləri və silahların nümayişi üçün ideal platformadır. Sərgi əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi üçün əlverişli şərait yaradır və dövlətdaxili, ictimai və vətəndaş təhlükəsizliyinin təmin olunması üzrə tətbiqi tapşırıqların həllinə kömək edir. Sərgini Azərbaycanın hüquq-mühafizə və xilasetmə orqanlarının, qəza-xilasetmə və sərhəd xidmətlərinin rəhbərləri, beynəlxalq nümayəndə heyətləri, eləcə də şəhər infrastrukturu, nəqliyyat, sənaye müəssisələri və s. obyektlərin təhlükəsizliyinin təmin olunmasında iştirak edən mütəxəssislər ziyarət edirlər.


Sərginin əsas bölmələri:

  • Polis texnika və avadanlıqları
  • Sərhədlərin mühafizəsi üçün sistem, vasitə və texnikalar
  • Qəza-xilasetmə texnika və avadanlıqları
  • Yanğın təhlükəsizliyi
  • Video-müşahidə
  • Kiber-təhlükəsizlik və məlumatların qorunması
  • Girişi məhdudlaşdırma sistemləri
  • Kriminalistik avadanlıqlar
  • Terror təhdidlərinə qarşı əks tədbir üçün sistem və vasitələr
  • Fərdi mühafizə vasitələri
  • Perimetri mühafizə sistemləri
  • İctimai yerlərin təhlükəsizliyi, ictimai nəqliyyatda təhlükəsizlik
  • Təhlükəsizliyi təmin etmək üçün mexaniki sistemlər
  • Sərhəd nəzarəti və gömrük baxışı üçün texniki vasitələr
  • Xüsusi nəqliyyat vasitələri
  • Mühafizə xidmətləri

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN