Rəylər

“ADEX” dost və müttəfiq ölkələrin tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında unikal rol oynayır. Bu sərgi dünya silah bazarında ixraca təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün geniş imkanlar yaradır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
2024

 
Müdafiə təyinatlı məhsulların istehsalı və satışı ilə məşğul olan şirkətlərlə yanaşı, daimi müştərilər və yeni alıcılar üçün ənənəvi və əlverişli görüş yerinə çevrilmiş “ADEX” sərgisi beynəlxalq səviyyədə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsində, müasir silah və texnologiyaların istehsalçısı olan hərbi sənaye müəssisələrinin, xarici və yerli şirkətlərin, o cümlədən bu sahədə ixtisaslaşmış mütəxəssislərin bir araya gəlməsində, onlar arasında işgüzar əlaqələrin qurulmasında və yeni müqavilələrin imzalanmasında əhəmiyyətli rol oynayır.

Vüqar Mustafayev
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Naziri
2024

 

Hər il keçirilən “ADEX” sərgisi hərbi-texniki əməkdaşlıq sahəsində beynəlxalq əlaqələrin inkişafında əhəmiyyətli rolu olan, müasir silah və texnologiyalar istehsal edən hərbi sənaye müəssisələrini, mütəxəssisləri, aidiyyəti beynəlxalq qurumları bir araya gətirən çox səmərəli və nüfuzlu bir platformadır. İştirakçı şirkətləri artan və ildən-ilə Azərbaycanda dövlət səviyyəsində dəstəklənən bu layihə, eyni zamanda müdafiə sənayesi nailiyyətlərinin dünyada tanıdılmasına, təşviqinə, elmi və texnoloji potensialın güclənməsinə bilavasitə əlverişli zəmin yaradır.


Vilayət Eyvazov
Azərbaycan Respublikasının Daxili İşlər Naziri
2024

Azərbaycanda bu cür ixtisaslaşdırılmış sərginin keçirilməsi ölkəmizdə müdafiə sənayesinin inkişafına əlavə təkan verməklə yanaşı, sərgiyə olan beynəlxalq maraq, o cümlədən dünyanın aparıcı təhlükəsizlik, mühafizə və xilasetmə vasitələri istehsalçılarının burada təmsil olunması respublikamızın durmadan artan qlobal nüfuzundan, strateji əhəmiyyətindən xəbər verir.


Kəmaləddin Heydərov
Nazir
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
2024

Ümidvaram ki, ənənəvi olaraq keçirilən sərgidə nümayiş etdirilən və qabaqcıl şirkətlər tərəfindən istehsal edilmiş xüsusi texniki məhsullar iştirakçıların böyük marağına səbəb olacaq, onlar Azərbaycanın ictimai həyatında vacib hadisə olan bu beynəlxalq tədbirin verdiyi imkanlardan maksimum dərəcədə yararlana biləcəklər. İnanıram ki, həmin məhsulları hüquq- mühafizə və xüsusi xidmət orqanları da gələcək fəaliyyətlərində uğurla tətbiq edəcəklər.
 
Əli Nağıyev
Rəis
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti
2024

 
Əminəm ki, gələcəkdə də bu kimi sərgilərin mütəmadi olaraq keçirilməsi ölkəmizin müdafiə qüdrətinin və nüfuzunun artmasına, Silahlı Qüvvələrin texniki cəhətdən daha yeni silahlarla təchiz olunmasına öz dəyərli töhfəsini verəcək, hərbi-texniki sahədə yerli və xarici mütəxəssislər arasında səmərəli əlaqələrin qurulmasına, müdafiə təyinatlı məhsulların ixracının artmasına şərait yaradacaqdır.
 
Elçin Quliyev
Rəis
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
2024

 
“Adex” və “Securex Caspian” hərbi sərgisi müdafiə və təhlükəsizlik sahələrində mühüm hadisə kimi dünyanın müxtəlif ölkələrindən mütəxəssislərin və maraqlı tərəflərin diqqətini cəlb edir. Bu gün burada silah, təhlükəsizlik vasitələri və hərbi texnikalar sahəsində ən son yeniliklərlə tanış olmağa  şərait yaranıb. İnformasiya təhdidlərinin getdikcə təkmilləşdiyi müasir dünyada informasiya təhlükəsizliyinin və xüsusi kommunikasiyaların əhəmiyyətini hər birimiz anlayırıq. Rabitə sistemləri vasitəsilə hərbi məlumatların etibarlı mübadiləsi üçün informasiya təhlükəsizliyi  mühüm rol oynayır.

İlqar Musayev
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi
2024

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN