Bizim şirkət İT avadanlığının satışı və integrasiyasi ilə məşğuldur. Uzun illərin təcrübəsi və peşəkarlığı sayəsində şirkətimiz dövlət və özəl sektorda mühüm layihələrə imza ataraq regionda informasiya texnologiyalarının inkişafının ön cərgələrində mövqelərini möhkəmləndirib. AE Union Azərbaycanda yüzlərlə müxtəlif İT layihəsini uğurla həyata keçirib. Şirkət İT infrastrukturunu təkmilləşdirmək üçün konsaltinq xidmətləri göstərir ki, bu da müəssisələrin daha məhsuldar olmasına kömək edir. AE Union Hewlett Packard Enterprise, Canon, Zebra, Acer, Lenova və dünyanın 20-dən çox ən böyük istehsalçılarla tərəfdaşdır. Bizim xidmətlərimizin xüsusi cəhədləri ondan ibarətdir ki, AE Union daha uyğun qiymət verir və təqdim olunan məhsula 3 il zəmanət verir. Ən çox Amerika və Çin bazarlarına məhsulumuzu ixrac edirik və bu ölkələrlə sıx əmakdaşlıq edirik. ADEX sərgisində birinci dəfə iştirak edirik. Gözləntilərimiz böyükdür və əsasən müştəriləri cəlb etmək məqsədi daşıyır. Bizi maraqlandıran daha çox tanınmaqdır. Şirkətin adını gördükdə potensial müştərilər belə bir şirkətin mövcud olduğundan xəbərləri olsun. Beləliklə, ölkədə və ölkə xaricində şirkət tanınsın. Sərginin açılışından hərbiçilər, Müdafiə Nazirliyinin nümayəndələri tərəfindən böyük maraq olduğunu görürük. Biz onları bizim xidmətlərimiz barədə məlumatlandırırıq. Mənim fikrimcə, bu sərgi müştəri bazamızı genişlədirməyə töhfə verəcək və şirkəti daha çox tanıyacaqlar.