DAHA ÇOX SƏRGİ, DAHA ÇOX İNVESTİSİYA DEMƏKDİR

DAHA ÇOX SƏRGİ, DAHA ÇOX İNVESTİSİYA DEMƏKDİR

26 sentyabr 2024 0000
Rafael Kərimov, HyperTech şirkətinin təmsilçisi və direktoru

HyperTech şirkəti informasiya texnoloqiyaları və təhlükəsizlik sistemləri üzrə fəaliyyət göstərir. Hal hazırda  bu sərqiyə gəlməkdə məqsədimiz təhlükəsizlik sistemlərinə aid şirkətlərlə görüşmək və iş birliyi qurmaqdır.
Sərgidə üç texnoloqiya şirkəti ilə tanış oldum və çox maraqlı müzakirələr etdim.  Məsələn Milestone şirkətinin məhsulları mənim üçün maraqlı oldu. Burada Tp-Link və diqər video müşahidə sistemləri ilə bağlı şirkətlər var ki, onların avadınlaqlarından geniş istifadə edirik. Onların da təklifləri mənim diqqətimi cəlb etdi.
Mənim üçün bu sərqi qözlədiyimdən çox üstün oldu, açığı bu qədər yüksək səviyyədə olmağını gözləmirdim. Xaricdə olan bir çox sərqilərdə iştirak etmişəm, amma bu sərqidə olmağıma çox şad oldum.
Biz hər hansısa yeni texnoloqiyanı öyrənmək üçün xaricə üz tuturuq. Securex sərgisində, Azərbaycanda bu texnologiyaların, yeniliklərin olması, təbii ki, gözəldir və inkişafı göstərir. Bizim özümüzdə  istehsal olunan tenxoloqiyalarımızı Azərbaycanda təqdim etməyimiz diqər ölkələrdən investorları buraya cəlb etməyimiz deməkdir və yaxşı olar ki bizdə bu tip sərqilər daha çox təşkil olunsun. Bizim sahəyə, İT texnologiyalarla bağlı sərqilər təşkil olunsa bizim şirkət məmnuniyyət orada iştirak edər.
 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN