David Yang “Jıangsu Gaodelı Clothıng Co., Ltd” şirkətinin Baş Meneceri
“Şirkətimiz Çindən gəlir. Yeni material texnologiyalarının araşdırılması və inkişaf etdirilməsi; ixtisaslaşdırılmış iş istehsalı məhsullarının istehsalı və satışı; iş təhlükəsizliyi materiallarının istehsalı və satışı üzrə ixtisaslaşmışdır. Məhsullar arasında yanğınsöndürmə çəkmələri, təcili xilasetmə dəbilqəsi, yanğınsöndürmə əlcəkləri və kəmər var. Bu məhsulların özəlliyi, idxal odadavamlı liflərdən hazırlanması, xüsusilə də yanğından xilasetmə geyimi kimi işlənməsidir.
Azərbaycan və Çin arasında sıx əlaqələr olduğundan, Jiangsu burada məhsullarını təqdim etməyə dərin maraq göstərir. Mənim fikrimcə, Azərbaycan bizim üçün olduqca faydalı ola biləcək böyük bir bazara malikdir.
Adex-2024 sərgisinə ilk dəfə qatılırıq və əsas məqsədimiz mümkün qədər çox müştəri cəlb etməkdir. Bu sərgi, məhsullarımız üçün yeni müştərilər tapa biləcəyimiz məhsuldar bir platformadır, çünki burada bir çox müxtəlif şirkət yeni əlaqələr qurmaq və gələcəkdə əməkdaşlıq etmək məqsədilə toplaşır. Tədbirin əhatə dairəsini və peşəkar təşkilatını nəzərə alaraq, növbəti dəfə iştirak etməyi səbirsizliklə gözləyirəm.”