Securex Caspian: hüquq-mühafizə, sərhəd, xilasetmə və yanğından mühafizə xidmətləri sahəsində perspektivli yeniliklər

Securex Caspian: hüquq-mühafizə, sərhəd, xilasetmə və yanğından mühafizə xidmətləri sahəsində perspektivli yeniliklər

24 sentyabr 2024 0000

Sentyabrın 24-də Bakı Ekspo Mərkəzində 14-cü Beynəlxalq “Daxili təhlükəsizlik, mühafizə və xilasetmə avadanlığı” Securex Caspian sərgisi öz işinə başlayıb. Eyni zamanda regionda müdafiə sənayesinə həsr olunmuş ən böyük tədbir olan 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ADEX-in açılışı olub. Hər iki sərgi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və Azərbaycanın müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayır.
Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev “ADEX” sərgisinin iştirakçıları və qonaqlarına salamlama nitqi ilə çıxış edib.
“Əminliklə söyləmək olar ki, artıq 5-ci dəfə keçirilən ADEX sərgisi əvvəlki illərdəki kimi, yenə yüksək səviyyədə keçiriləcəkdir. ADEX dost və müttəfiq ölkələrin sənaye müəssisələri və aparıcı şirkətlər arasında əlaqələrin qurulmasında unikal rol oynayır. Bu sərgi dünya silah bazarında ixracı təklif olunan harbi-sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində və yeni müqavilələr imzalamaq üçün geniş imkanlar yaradır. Tədbirdə dünyaca məşhur yüzlərlə şirkət öz məhsullarını nümayiş etdirir. ADEX müxtəlif ölkələrin öz müdafiə və müdafiə sənayə sahələrinin güçləndirmələri, istehsal imkanlarının artırılmaları, müasir və innovativ vasitələrinin tətbiq etdirilmələri və təcrübə mübadiləsi aparılmaları baxımından önəmlidir. 
ADEX ilə paralel keçirilən Securex 2024 sərgisində nümayiş olunan ləvazimatların, mühafizə sistemlərinin və silahların perspektivli modellərin də iştirakçılar tərəfində maraqla qarşılacağına əminəm.”, - nazir Vüqar Mustafayev qeyd etdi
.

 “Securex Caspian” sərgisi hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş edir. Sərgiyə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və ilk dəfə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti tərəfindən dəstək göstərilir. 2024-cü ildə ilk dəfə olaraq, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti “Securex Caspian” sərgisində stendlə iştirak edir.
Sərgidə ekspert-kriminalistika vasitə və sistemləri, əməliyyat-axtarış avadanlıqları, girişə nəzarət və idarəetmə sistemləri, hüquq-mühafizə orqanları üçün xüsusi avtomobillər, informasiya təhlükəsizliyi, mühafizə xidmətləri, qəza-xilasetmə vasitə və avadanlıqları, silah və sursatlar, təhlükəsizlik sahəsində təhsil, video-müşahidə sistemləri, xüsusi geyim və avadanlıqlar, yanğın təhlükəsizliyi və s. bölmələr təqdim olunacaqdır.
“ADEX” və “Securex Caspian” sərgiləri ilə paralel olaraq, Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans (ICCD) keçiriləcək. 25 sentyabr tarixində “Fairmont Baku” otelində təşkil ediləcək konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniya Respublikasının Kiberdiplomatiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirin əsas tərəfdaşları Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzidir.


 

Rəsmən mehmanxana

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN