Əfran Cəbrayılov, İT üzrə aparıcı mütəxəssis, AVİCOM Technology Solutions, Azərbaycan
Texnoloji şirkətin nümayəndələri olaraq, biz bu sərgidə özümüzə aid olan ya bizim fəaliyyətimizlə əlaqədar texnologiya yeniliklərini öyrənmək üçün gəlmişik. Məsələn, sviçlər və ruterlər ilə əlaqəsi olan müxtəlif təhlükəsizlik avadanlıqları ilə maraqlanırıq. Həmkarımla mən bu gün səhərdən gəlmişik və artıq görüb bəyəndiyimiz stendlərdən Çin, Ukrayna stendlərini qeyd edə bilərəm. Bu cür tədbirlərin, sərgilərin keçirilməsinə çox müsbət baxıram. Sərgilər mütəxəssislərin marağını cəlb edir, maraq dairəsini genişləndirir; yeni şeylər görürsən, öyrənirsən; peşəkar inkişafa da müsbət təsir edilir. Bu sərgiyə ikinci ildir gəlirik, hər dəfə də yeni texnologiyalar, avadanlıqlar, yeni texniki funksionallıq aşkar edirik. Gələn il də mütləq gələcəyik.