Yaqub Daşdəmirov, "Rockvell" şirkətinin təsisçi direktoru
Şirkətimiz proqram təminatının, veb-saytların, mobil tətbiqlərin və təhlükəsizliklə bağlı müxtəlif proqramların hazırlanması ilə məşğuldur. Biz "Securex Caspian" sərgisinin daimi ziyarətçiləriyik, çünki burada bizə yaxın və tətbiq etdiyimiz texniki həllər və proqram təminatı təqdim olunur. Qeyd etməliyəm ki, sərgi bizim gözləntilərimizi üstələdi. Burada təqdim olunan şirkətlər bir sıra həllər təklif etdilər ki, biz açıq şəkildə desək, onlara nəzarət edirdik, lakin Azərbaycanda görəcəyimizi gözləmirdik. Onların arasında bizim uzun müddətdir əməkdaşlıq etdiyimiz "Hikvision" şirkətini və bizim üçün yeni olan "Distechsol" şirkətini qeyd edərdim. Sərgidə toplanan materiallar çoxdur. Bizi toplanmış materialın diqqətlə təhlili gözləyir.
Mənim fikrimcə, sərgilər hər hansı bir şirkətin inkişafında çox faydalıdır. Bu, həm iştirakçılara, həm də bizim kimi peşəkar ziyarətçilərə aiddir. "Securex Caspian" sərgisinə ildən-ilə qatılaraq, təhlükəsizlik sahəsinin və bu sahədə fəaliyyət göstərən şirkətlərin inkişaf prosesini və dinamikasını müşahidə edirsən. Bu sərginin hərbi "ADEX" sərgisi ilə paralel keçirilməsi daha geniş əhatə imkanları yaradır və məsələn, bizim kimi kiçik şirkətlərə bu qədər açıq olmayan hərbi sahədə dünya nəhəngləri ilə birbaşa əlaqə saxlamaq, öz xidmətlərini təklif etmək və imkanlarını nümayiş etdirmək imkanı verir.