Fərid İsmayıl “Bristol nəqliyyat vasitələri istehsal bölməsi” Biznes Bölməsi Meneceri
“Biz Birləşmiş Ərəb Əmirliklərindən gəlmişik. Bristol Nəqliyyat Vasitələri İstehsal Bölməsi 1974-cü ildən etibarən xilasetmə, yanğınsöndürmə, təcili tibb və digər xüsusi nəqliyyat vasitələri üçün gövdə istehsalı və mühəndislik üzrə ixtisaslaşmışdır. Beləliklə, biz yaxın zamanda 50 illik yubileyimizi qeyd etdik. Buna görə də, şirkətin geniş təcrübəsi, texniki bilikləri və mütəxəssisləri var. İstehsal etdiyimiz xüsusi təyinatlı nəqliyyat vasitələri və yanğınsöndürmə maşınları artıq standartlara uyğun yanğın təhlükəsizliyi avadanlığı ilə təchiz olunmuşdur. Biz məhsullarımızı ixrac edə bilcəyimiz hər bazarla maraqlanırıq. Çünki, bizim fikrimizcə, yanğınsöndürmə maşınlarına hər ölkədə ehtiyac var. Ümid edirik ki, bu sərgi bizim üçün yeni perspektivlər açacaq. Biz bir çox ölkələrlə əməkdaşlıq edirik və Banqladeş, Orta Şərq, Afrika ölkələri kimi 15-dən çox ölkəyə ixrac edirik. Məhsullarımız xüsusidir və müştərilərimizə də xüsusi diqqətlə yanaşırıq. Diqqət çəkən bir məsələ odur ki, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi Securex Caspian, ADEX-2024 ilə eyni zamanda keçirilir. Məlumdur ki, silahlar, pilotsuz vasitələr üzrə ixtisaslaşmış bir çox şirkət var, lakin onların da fabriklərini təhlükəsiz etmək və yanğınsöndürmə maşınlarına ehtiyacları var. Buna görə də, bu tədbir çərçivəsində yeni müştərilər tapa biləcəyimizi düşünürük. Biz ADEX-2024 sərgisində ilk dəfə iştirak edirik və gözləntilərimiz böyükdür.”