Azərbaycanda "hökumət buludu" kibertəhlükəsizlik auditindən keçəcək

Azərbaycanda "hökumət buludu" kibertəhlükəsizlik auditindən keçəcək

13 dekabr 2021 0000

Azərbaycan dövlət qurumları üçün yaradılacaq "hökumət buludu" platforması Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin müsbət rəyini aldıqdan sonra fəaliyyətə başlayacaq.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycanda pandemiya dövründə dələduzluq" adlı onlayn mətbuat konfransında Dövlət Xidmətinin Kritik İnfrastrukturun və İnternetin Təhlükəsizliyi İdarəsinin rəisi Tural Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda mövcud olan "AzCloud" "hökumət buludu" deyil, hostinq platforması hesab olunur.

""Hökumət buludu" bir layihədir, aktiv işləyən platforma deyil. Bu layihə reallaşandan sonra biz onun təhlükəsizliyi barədə rəy verəcəyik ki, platforma kibertəhlükəsizlik baxımından tam hazırdır. Layihə məqsədə uyğundur hesab olunandan sonra dövlət qurumları həmin platformaya inteqrasiya olunacaq", - deyə T. Məmmədov qeyd edib.


Rəsmən mehmanxana

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN