Biz Azərbaycan bazarının perspektivlərini təhlil edirik!

Biz Azərbaycan bazarının perspektivlərini təhlil edirik!

25 oktyabr 2019 0000

Evgeniy Lomakin, “Marioff” (Rusiya) şirkətinin satış meneceri

- Mən Bakıda keçirilən bu sərgiyə məqsədyönlü şəkildə gəlmişəm. Belə ki, təmsil etdiyim şirkət nazik su şırnaqlı avtomatik yanğınsöndürmə sistemlərinin istehsalı ilə məşğuldur. Buna görə də “Securex Caspian” sərgisi mənim marağımı daha da artırdı. Biz Azərbaycan bazarını çoxdan hədəfə almışıq və indi onun perspektivlərini təhlil edirik. Buna görə də bu barədə daha çox məlumat əldə etmək istəyirdik. Belə bir təhlil üçün lazım olan vasitələrdən biri kimi məhz sərgini gördük. Sərgidə bizi maraqlandıran seqmenti kimin təmsil etdiyini anlamaq bizim üçün vacib idi. Qeyd etməliyəm ki, biz lazımi məlumatları əldə edə bildik. Gələcəkdə yerli bazarda tanınmağımıza kömək edə biləcək sərgi iştirakçıları ilə çox maraqlı görüşlərim oldu. İştirakçı şirkətlərin nümayəndələri tərəfindən nümayiş etdirilən peşəkarlıq, bilik və vəziyyətin başa düşülməsi bizdə yaxşı təəssürat oyatdı.

Mən bir neçə görüşü əvvəlcədən planlaşdırmışdım, bəzi şirkətlərlə isə elə sərgidəcə görüşdüm. Lakin bir daha qeyd edim ki, sərgi və onun iştirakçıları ilə bağlı ən yaxşı təəssüratlarım var.  

 

 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN