Aleksandr Dyaçkov, “GES” (Rusiya) ASC-nin direktoru
– “Cesis” montaj şirkəti Pemza şəhərində yerləşir. Dövlət sərhədləri, hökumət binaları və atom elektrik stansiyalarının texniki atributları hələ Sovet İttifaqı dövründən bəri Pemza şəhərində hazırlanıb. Hazırda biz yeni keyfiyyətdə, müasir texnologiyalarla işləyirik və bu gün müəssisəmiz Rusiyada istehsal gücü baxımından aparıcı yerlərdən birini tutur. Biz müxtəlif perimetrik maneələrin istehsalını həyata keçiririk. Buraya istənilən ölçüdə bütün maneə, qapı və taran əleyhinə cihazlar daxildir. Bundan başqa, biz bu maneələrə quraşdırılan texniki təhlükəsizlik avadanlıqlarını da istehsal edirik. Müvafiq olaraq, sadalanan məhsullar sənaye obyektləri, sərhədlər, müəssisələr və fərdi evlərdə quraşdırılmaq üçün nəzərdə tutulub.
Bir çox yaxın xarici ölkələrlə əməkdaşlıq etməyimizə baxmayaraq, təəssüf ki, Azərbaycanla bu günə qədər əməkdaşlıq etməmişik. Məhz buna görə də biz “Securika” sərgisinə gəlmək və burada iştirak etmək qərarına gəldik ki, məhsullarımızı yerli bazarda tanıda bilək. Biz adətən hansı nazirliklərin bizimlə işləyə biləcəklərini bilirik və artıq Azərbaycanın bir sıra müvafiq dövlət qurumlarına müraciət etmişik. Xüsusilə, biz sərhəd mühafizəsi və neft-qaz sənayesinin nümayəndələri ilə bir sıra görüşlər keçirmişik. Göstərilən marağı nəzərə alaraq ümid edirik ki, əlaqələrimiz daha da inkişaf edəcək.