Abdullah Suner, “ArmaKontrol” şirkətinin xarici ticarət bölməsinin rəhbəri
– “ArmaKontrol” şirkəti geniş çeşidli avtomatlaşdırılmış təhlükəsizlik sistemlərinin hazırlanması və quraşdırılması sahəsində ixtisaslaşıb. Belə ki, ziyarətçilər şirkətimizin “CIPS Securika 2016” sərgisindəki stendində hava şəraiti və atmosfer yağıntılarının təsir göstərmədiyi müxtəlif diametr və yüksəklikdə olan zərbəyədavamlı hidravlik maneə-tumbaların nümunələri, avto-saxlayıcılar (maneə blokları), yol tələləri (“kirpilər”), maneə-şlaqbaumlar və s. məhsullarla tanış ola bilərlər. Biz həmçinin avtomatlaşdırılmış dayanacaq sistemlərini – “parkinq” və qeydiyyat nişanı nömrələrini tanıma sistemləri, parkinq qıfılları, turniket sistemləri və digər məhsulları təqdim edirik.
Bütün məhsullar şirkətimizin Türkiyədə yerləşən müəssisəsində yüksək standartlara uyğun olaraq istehsal edilir. Məsələn, maneə blokları dünyanın ən ciddi qəza testlərindən (“crash-test”) keçib və bu test zamanı 12 tonluq yük maşını (80 km/saat sürətlə hərəkət etməklə) quraşdırılmış maneəni keçə bilməyib. Bu testləri əks etdirən videolar stendimizdəki monitorlarda nümayiş edilir.
Şirkət sərgidə debüt etsə də, artıq Azərbaycanda yaxşı tanınır, belə ki, biz burada bir neçə layihəni uğurla reallaşdırmışıq. Bir sıra müştərilər şirkətimiz barədə internet vasitəsi ilə məlumat əldə ediblər. Biz sərgidə şirkət barədə məlumat vermək, öz məhsullarımızı və şirkətin imkanlarını bütün maraqlanan tərəflərə nümayiş etdirmək üçün iştirak edirik. Biz əsasən ticarət mərkəzləri, otel, rəsmi təyinatlı binaların, hərbi bazaların, AİB qapı və maneələrinin və s. tikintisi ilə məşğul olan inşaat şirkətləri ilə görüşlər keçirmək niyyətindəyik. Biz sərgini istər iştirakçıların tərkibi, istərsə də ilk gündən etibarən müşahidə edilən ziyarətçi fəallığı baxımından çox bəyəndik.