Treysi Kirk, “Hochiki Europe” şirkətinin Baş direktoru
– “Hochiki” şirkəti inşaat sektoru üçün sənaye və mülki təyinatlı yanğın siqnalizasiyası və qəza zamanı xəbərdarlıq sistemlərinin dünya miqyaslı aparıcı istehsalçılarından biridir. Biz Bakıda keçirilən “CIPS Securika” sərgisində debüt edirik. Ekspozisiyamızda inşaat sənayesinin nümayəndələri üçün maraqlı ola biləcək müxtəlif kompleks yanğın siqnalizasiya sistemləri, datçiklər və idarəetmə panelləri barədə hərtərəfli məlumat verilir.
Mən bir sıra peşəkar sərgilərdə iştirak etmişəm və “CIPS Securika” sərgisinin daha yüksək səviyyədə təşkil edildiyini qeyd edə bilərəm. Biz “CIPS Securika” sərgisinin eksponentləri arasında iştirak etməklə Azərbaycan bazarında “Hochiki” şirkəti v şirkətin məhsulları barədə məlumatlılığı artırmaq, brendimizi daha geniş tanıtmaq niyyətindəyik. Bu, bizim hazırkı bazarda işləmək imkanımızı artıracaq. Bu ildən etibarən bizim şirkətin yerli tərəfdaşı - Azərbaycan bazarındakı nümayəndəsi var və biz həmin tərəfdaşın bizim biznesi burada uzun müddət inkişaf etdirməsi üçün ona bütün zəruri dəstəyi vermək niyyətindəyik. Biz maraqlanan bütün istehlakçıların rəylərini həvəslə öyrənir və hətta yanğın təhlükəsizliyi sistemlərinin və ya sistem inteqratorlarının istehsalçıları olan rəqib şirkətləri, eləcə də inşaat təşkilatları, memarlıq və sistem şirkətlərini stendimizdə məmnuniyyətlə qəbul edirik.