Bu sərginin miqyası və təsiri bütün ziyarətçiləri heyran edir!

Bu sərginin miqyası və təsiri bütün ziyarətçiləri heyran edir!

9 sentyabr 2022 0000

Nikita Boqdanov, Moody's Analytics-də müştərilərlə iş üzrə menecer

Mən ilk dəfədir ki, “ADEX” sərgisindəyəm, buraya öz həmkarlarımla birlikdə gəlmişəm. Biz təhlükəsizlik sahəsində potensial müştəriləri burada tapmağa çalışırıq. Xüsusilə, biz təhlükəsizliklə əlaqəli olan çoxsaylı nazirliklər, müxtəlif dövlət strukturları ilə işləyirik. Mən bir neçə şəxslə əlaqə qura bildim və axtardığımı və görmək istədiyimi tapdım.

Nazirliklərin təmsil olunduğu stendlər mənim böyük marağıma səbəb oldu. Silah və texnikanın olduğu pavilyonlar mənə xoş təsir bağışladı. Və təkcə mənə yox, axı belə ekspozisiyaları hər gün görmək olmur!

Əlbəttə ki, ən yüksək səviyyədə keçirilən sərginin təşkil edilməsini qeyd etməyə bilmərəm.

Mən çox ümid edirəm ki, iki ildən sonra bizim şirkət də öz stendi ilə “ADEX” sərgisində iştirak etməyə müyəssər olacaq, çünki bu sərginin miqyası insanı sadəcə heyrətləndirir.

Hesab edirəm ki, belə sərgilərin keçirilməsi canlı danışıqlar aparmaq, yeni əlaqələr qurmaq, məlumat yaymaq və müştəriləri məhsullarla tanış etmək üçün əla imkan yaradır. Çünki bunu poçt və video rabitə ilə etmək çox çətindir və nəticə o qədər də səmərəli olmur.


Rəsmən mehmanxana

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN