Geniş çeşiddə mühafizə və təhlükəsizlik sistemləri, xilasetmə avadanlıqları…

Geniş çeşiddə mühafizə və təhlükəsizlik sistemləri, xilasetmə avadanlıqları…

9 sentyabr 2022 0000

Elmar Hacıyev, Penitensiar xidmətin baş inspektoru

– Məni “SECUREX 2022” sərgisinə mühafizə sistemindəki elektromexaniki və elektrotexniki avadanlıqlar cəlb etdi. Mən Neft Akademiyasını məhz bu ixtisas üzrə bitirmişəm və gələcəkdə təhsilimi davam etdirməyi və bu sahədə işləməyi planlaşdırıram.

Sərgi kifayət qədər maraqlıdır. Burada təmsil olunan şirkətlər geniş çeşiddə mühafizə və təhlükəsizlik sistemləri, xilasetmə avadanlıqları və digər avadanlıqlar təklif edirlər. İştirakçı şirkətlərin nümayəndələri öz stendlərində ziyarətçiləri hər bir məhsul haqqında ətraflı məlumatlandırır, onları maraqlandıran sualları cavablandırır və öz məhsulları haqqında ilkin təəssürat yaradırlar.

Fikrimcə, ixtisaslaşdırılmış sərgilər ona görə faydalıdır ki, siz burada sizin üçün maraqlı olan sahə üzrə lazımi məlumatları əldə edə bilərsiniz və sizə lazım olan məhsulları öz gözlərinizlə görə bilərsiniz və bunlara dair mütəxəssis izahatlarını və məsləhətlərini eşidə bilərsiniz.  Düşünürəm ki, sərgilər istənilən şirkətin markasını bazarda tanıtmağa kömək edir və son istehlakçılar üçün sənayedəki ən son yeniliklərlə bir məkanda tanış olmaq və konkret məhsulun xeyrinə müqayisə aparmaq imkanı yaradır.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN