Hikvision ən son texnologiyaları və layihə həllərini təqdim edir

Hikvision ən son texnologiyaları və layihə həllərini təqdim edir

31 avqust 2022 0000

Qizheng Chen, “Hikvision Azərbaycan”-ın direktoru

Hikvision, Əşyalar İnterneti texnologiyasının Süni İntellektlə birləşdirilməsinin (AIoT) gələcək inkişafına rəhbərlik etməklə, özünün kompüter qavrayışı, süni intellekt və böyük həcmli verilənlər kimi ən qabaqcıl texnologiyaları vasitəsilə müxtəlif sənaye sahələrinə xidmət göstərmək əzmindədir.

Hikvision, video təhlükəsizliyi, girişə nəzarət və siqnalizasiya sistemlərini əhatə edən geniş çeşiddə fiziki təhlükəsizlik məhsulları təqdim edir. Biz həmçinin təhlükəsizlik idarəetməsi və biznes kəşfiyyatı üçün yeni tətbiqlər və imkanlar vasitəsilə son istifadəçiləri dəstəkləmək üçün Süni İntellekt texnologiyasına əsaslanan, birləşdirilmiş təhlükəsizlik həllərini təqdim edirik. Son bir neçə il ərzində biz peşəkar və süni intellektli həllər, o cümlədən süni intellektli şəhər, nəqliyyat, pərakəndə satış, logistika, enerji və təhsil texnologiyaları vasitəsilə müxtəlif şaquli bazarlarda müştəri tələbatlarının təmin edilməsi üzrə bilik və təcrübəmizi dərinləşdirmişik. Bundan əlavə, “Hikvision” uzunmüddətli inkişafı dəstəkləmək məqsədi ilə yeni vasitələri araşdırmaq üçün öz işgüzar fəaliyyətini süni intellektli ev, robot texnikası, avtomobil elektronikası, süni intellektli anbar, yanğın təhlükəsizliyi, infraqırmızı vasitələr ilə aşkarlama və rentgenoqrafik və tomoqrafik təsvirlər ilə iş kimi sahələrə yayır.

“Hikvision” müştərilərin, istifadəçilərin və tərəfdaşların tələbatlarına tez cavab vermək üçün bütün dünya üzrə 66 törəmə şirkət və filialdan ibarət olan və bu sahədə ən geniş marketinq şəbəkələri arasında yer alan bir şəbəkəni yaratmışdır. “Hikvision” məhsulları 150-dən çox ölkəni əhatə edən rəngarəng şaquli bazarlar qrupuna xidmət edir. “Hikvision Azərbaycan” şirkəti –Azərbaycan bazarında 2012-ci ildən bəri fəaliyyət göstərir. Bakıda rəsmi nümayəndəlik 2019-cu ildə qeydiyyatdan keçərək açılıb.

“SECUREX 2022” sərgisi vasitəsilə biz ən son texnologiyaları və layihə həllərini təqdim etməyə ümid edirik. Sərgidə nümayiş etdirilən məhsullara termal kameralar və sistemlər, zəif işıqda və qaranlıqda dəqiq rəngli video təsvir hasil edən, insanları və avtomobilləri aşkarlayan və tanıyan ColorVu və Acusence funksiyalı optik kameralar, günəş enerjisi ilə işləyən 4G kameralar, CCTV mobil Həlli, üz tanıma cihazları və sistemləri, yol hərəkəti kamerası və radar, siqnalizasiya sistemi, hibrid sistem şəbəkələri (SAN), İnteraktiv ekran və Çoxfunksiyalı, Hik markalı Mərkəzi İdarəetmə Sistemi daxildir..

Mövcud texnologiya ilə müqayisədə, “Hikvision”-un yeni məhsul və texnologiyaları daha güclü süni intellektə və rəngarəng funksiyalara malikdir. “Hikvision” 10 ildir ki, gizli video müşahidə sistemləri sənayesində (A&S jurnalının 50 ən böyük təhlükəsizlik avadanlığı istehsalçısının illik reytinq cədvəlində) 1-ci yeri tutur və onun əla keyfiyyəti və xidməti sizin etimadınıza layiqdir.

Biz alıcılar, sistemlərin birləşdirilməsi üzrə mütəxəssislər və digər tərəfdaşlar kimi ziyarətçiləri bizim stendimizi ziyarət etməyə və bizimlə ticarət danışıqları aparmağa dəvət edirik.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN