Dmitriy Petrov, “Egida Group” şirkətində texniki şöbə müdiri
– “Egida Group” Qazaxıstanda təhlükəsizlik sistemlərində ixtisaslaşmış ən böyük şirkətdir. Şirkətimiz təhlükəsizlik sistemləri bazarında 15 ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində şirkət təchizatçıdan istehsalçıya çevrilmişdir. Şirkət Qazaxıstanın Almatı şəhərində yerləşir. Burada bir sıra ofislərimiz var. Bundan başqa, şirkətin Novosibirsk və Moskva şəhərlərində də nümayəndəlikləri fəaliyyət göstərir. Bizim şirkət Qazaxıstanda analoji sərginin təşkilatçısı və baş sponsordur.
Biz Bakıda keçirilən “Securika Caspian” sərgisində debüt edirik və əsas məqsədimiz öz istehsalımızı təbliğ etməkdir. Bu məqsədlə, biz bu gün stendimizdə bir sıra məhsullarımızı, o cümlədən qidalandırma blokları, müxtəlif panellər, datçiklər, siqnalizatorlar, həyəcan pedalları və sirenaları nümayiş etdiririk. Bütün bunlar bizim şəxsi sexlərimizdə istehsal olunur. Asma və döşəmə tipli “FS” müasir qaz yanğınsöndürmə sistemi modulları yeni məhsuldur və şirkətimizin qürurudur. Bu məhsul yerin ozon təbəqəsi üçün təhlükəsizdir və qorunan obyektlərə və insanlara zərər vermir. Biz Azərbaycanla sıx əməkdaşlıqda maraqlıyıq və burada səmərəli şəkildə əməkdaşlıq edə biləcəyimiz təmsilçilər tapmaq istəyirik.