Dmitri Tameev, Asiya-Sakit Okean, MDB, Şərqi Avropa və Cənub-Şərqi Asiya üzrə Biznesin İnkişafı və Satış şöbəsinin rəhbəri
NtechLab video verilənləri müşahidə kameralarından istifadə etməklə təhlil edən proqram təminatı tərtibatçısıdır. Flaqman məhsulumuz olan FindFace Multi videoda insanların üzlərini və siluetlərini, avtomobilləri və nömrə nişanlarını tanıyır.
“SECUREX 2022” sərgisində biz platformamızı dövlət qurumlarında və biznes təşkilatlarında təhlükəsizliklə bağlı məsələlərin həlli üçün daha da effektiv vasitəyə çevirən bir sıra funksiyaları özündə birləşdirən FindFace Multi 1.2 versiyasını təqdim etməkdən çox məmnunuq.
Patentli alqoritmlər əsasında qurulan texnologiyamız kənar tərəflərin apardığı sınaqlarda özünü təsdiq edərək ən yüksək sürət və dəqiqliyə nail olmuşdur. Texnologiyamız demək olar ki, istənilən kamera və avadanlıqda işləyir.
FindFace Multi ayrı-ayrı epizodları təhlil etmək və əlaqələr yaratmaq üçün vasitələr təmin etməklə toplanmış məlumatları yadda saxlayan sinfinin ən yaxşı indekslənən verilənlər bazasını özündə birləşdirir. Məhsul istifadəçilərimizin digər sistemləri ilə inteqrasiya üçün hazırlanmış API-yə malikdir. FindFace Multi versiyasına əsaslanaraq onlarla müştəri artıq ictimai və korporativ təhlükəsizlik və biznesin optimallaşdırılması sahəsində müxtəlif ssenarilər tətbiq edib.
Ziyarətçilər olaraq biz ağıllı və təhlükəsiz şəhərlərin qurulmasında maraqlı olan dövlət və bələdiyyə təşkilatlarının nümayəndələrini, həmçinin biznes fəaliyyətlərini optimallaşdırmaq və mənfəət əldə etmək üçün yeni ssenarilər yaratmaq istəyən biznes müəssisələrini görməkdən şad olarıq.