Securex Caspian: daxili təhlükəsizlik və mülki müdafiə sahəsində dünya təmayülləri 

Securex Caspian: daxili təhlükəsizlik və mülki müdafiə sahəsində dünya təmayülləri 

10 sentyabr 2022 0000

“13-cü Beynəlxalq “Daxili təhlükəsizlik, mühafizə və xilasetmə” Securex Caspian sərgisi Bakı Ekspo Mərkəzində hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün perspektivli silah modellərini və birləşdirilmiş mühafizə sistemlərini təqdim etməklə, sentyabrın 8-də öz işini başa çatdırdı.

Bu sərgi Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil edilir.

Onu da qeyd etmək vacibdir ki, “Securex Caspian” sərgisi 26 ölkədən 200-dən çox şirkəti bir araya gətirən “4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi” ADEX ilə eyni vaxtda keçirilirdi.

Sərgilərin açılış mərasimlərində tədbir iştirakçılarına təbrik məktubu müdafiə sənayesi naziri Mədət Quliyev tərəfindən oxunan Azərbaycan Prezidenti İlham Əliyevin hər iki sərgiyə baş çəkməsi bu tədbirin əhəmiyyətini vurğulayan əsas hadisə oldu. 

Dövlət başçısı xarici ölkələrin bütün əsas stendlərinə, eləcə də yerli ekspozisiyalara baxdı, müasir silahların və hərbi-texniki avadanlıqların Azərbaycanın müdafiə qabiliyyəti üçün əhəmiyyətini qeyd etdi.

“Securex Caspian” sərgisində əhaliyə siqnal verən və onu xəbərdar edən vasitələr; ekspertiza-kriminalistika alətləri və sistemləri; qəza-xilasetmə avadanlıqları, geyimləri və ləvazimatları; yanğınsöndürmə avadanlıqları və s. təqdim olunur. Əlbəttə ki, təkcə daxili təhlükəsizlik sahəsində deyil, həm də Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından bu məhsullara böyük tələbat var.

Sərgi Azərbaycanın hüquq-mühafizə və xilasetmə orqanlarının, qəza-xilasetmə və sərhəd xidmətlərinin rəhbərləri, beynəlxalq nümayəndə heyətləri, eləcə də şəhər infrastrukturunun, nəqliyyat, sənaye müəssisələrinin və s. təhlükəsizliyi ilə məşğul olan mütəxəssislər tərəfindən ziyarət edildi. 

Jurnalistlərə verdikləri müsahibələrdə bir çox xarici qonaq bu tədbirin aktuallığını qeyd etdi, dövlətin, cəmiyyətin və vətəndaşların daxili təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin, təcrübə mübadiləsinin, tətbiqi problemlərin həllinin vacibliyini vurğuladılar.
Azərbaycanın İkinci Qarabağ müharibəsində şanlı qələbəsindən sonra ilk dəfə keçirilən hər iki sərginin əhəmiyyəti minlərlə yerli və xarici ziyarətçi, dünya hərbi-sənaye kompleksinin peşəkar mütəxəssisləri tərəfindən yüksək qiymətləndirildi.

Bu tədbirlərin təşkil edilməsi “Caspian Event Organisers” şirkətinə həvalə edilmişdi.


Rəsmən mehmanxana

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN