“SECUREX” sayəsində biz etibarlı tərəfdaş əldə etdik
9 sentyabr 2022
0000
İbrahim Nəbiyev, TIS Azərbaycan şirkətinin Biznesin İnkişafı üzrə direktoru və satış şöbəsinin rəhbəri
- Şirkətimiz avtomatlaşdırma, işıqlandırma, təhlükəsizlik, "ağıllı ev" konsepsiyası və s. kimi sahələrdə iyirmidən çox brendi təmsil edir. Biz iki yüzdən artıq yaşayış və inzibati binaların, mehmanxana komplekslərinin və təhsil müəssisələrinin əsaslı layihəsini həyata keçirmişik.
“SECUREX” sərgisində müasir təhlükəsizlik sistemləri ilə tanış olmaq, həmçinin yeni potensial müştərilərlə əlaqə yaratmaq mənim üçün vacibdir. Biz bir neçə uzunmüddətli tərəfdaşlarımızla, xüsusən də “Microscop” şirkəti ilə görüşdük və bir sıra yeni şirkətlərlə tanış olduq, onların arasında “Suprema”-nı qeyd emək istərdim. Onların təklif etdiyi təhlükəsizlik sistemləri ən qabaqcıl sistemlər arasındadır və dünyanın bir çox ölkələrində geniş şəkildə istifadə olunur, yaxşı nüfuza sahibdir, yüksək keyfiyyət və səmərəliliyi ilə tanınır. “SECUREX” sayəsində biz gələcək illər üçün yeni yaxşı tərəfdaş əldə etdik.
Ümumiyyətlə, deyə bilərəm ki, belə sərgilər, əlbəttə ki, sahibkarların biznesinin inkişafı üçün çox vacibdir. Dünyada baş verən bütün təbii, texnogen və ya siyasi kataklizmlərə baxmayaraq, həyat davam edir, bəşəriyyət daim inkişafdadır. Məsələn, müasir həyatın ən inkişaf edən sahələrindən biri informasiya və rəqəmsal texnologiyalardır. Burada təmsil olunan şirkətlər bizim öz növbəmizdə müştərilərimizə təklif edə biləcəyimiz ən yaxşı həlləri təqdim edirlər.