Akim Quliyev, “Caspian Pipe Coatings” şirkətinin Təhlükəsizlik Texnikası üzrə meneceri
– Mən neft sənayesində fəaliyyət göstərən şirkətin əməkdaşıyam və iş yerində təhlükəsizlik, sağlamlıq və ətraf mühitin mühafizəsi sahəsində mütəxəssisəm. Fəaliyyət növünə uyğun olaraq “Securex Caspian” sərgisində təhlükəsizlik sistemləri, müşahidə, yanğınsöndürmə, yəni istehsalatda təhlükəsizliyə aid olan hər bir şey mənim marağımı cəlb etmişdir.
Sərgidə təmsil olunan şirkətlər diqqətimi cəlb etmiş və gələcəkdə istehsalatımızda istifadə olunması üçün marağımızı cəlb edə biləcək geniş çeşiddə məhsullar nümayiş etdirirlər.
Sağlamlıq, əmək təhlükəsizliyi və ətraf mühit sahəsində ən son yeniliklər və yeni tendensiyalar şirkətimizdə daim diqqətlə izlənilir. Düşünürəm ki, bu sərginin mühüm tərkib hissələrindən biri məhz çoxlu sayda təkliflər arasından tərəfdaşlar və avadanlıq təchizatçılarını seçmək imkanının olmasıdır.
Bazarda şirkətlərin sayının artması rəqabətin artmasına və şirkətlərin daha müasir və qabaqcıl həllər təklif etmək istəyinə səbəb olur. Bu, bizim üçün faydalıdır, çünki şirkətlər çeşidini genişləndirdikcə, onların arasından həm ən perspektivli, həm də daha sərfəli qiymət şərtləri təklif edənləri seçə bilərik.