Yanğın-mühafizə siqnalizasiyası üzrə məhsullar

Yanğın-mühafizə siqnalizasiyası üzrə məhsullar

19 oktyabr 2016 0000

İlsur Xammatulin, “TEKO-Torqoviy Dom” ASC-nin MDB ölkələri üzrə inkişaf qrupunun rəhbəri

– “Теко” şirkəti (““TEKO” Elmi-texniki Mərkəz” QSC kimi) Kazan şəhərində yanğın-mühafizə siqnalizasiya məhsullarının istehsal edilməsi məqsədi ilə təsis edilib və 10 ildən artıqdır ki, təhlükəsizlik sistemlərinin istehsalı sahəsində aparıcı mövqe tutur. Bizim məhsulların alıcıları şəxsi təhlükəsizlik və əmlakın qorunmasının qayğısına qalan təşkilat və fiziki şəxslərdir. Şirkət həcm və akustika detektoru, eləcə də yanğın-təhlükəsizlik sisteminin unikal radio-kanal sistemi sahəsində ixtisaslaşıb. Bizim məhsul xəttinə kiçik obyektlər üçün siqnalizasiya sistemləri, “ağıllı ev” yaratmaq üçün proqramlar və mobil təhlükəsizlik sistemləri daxildir.

Biz sərgidə detektorların optik-elektron passiv, səthi səsli, kombinasiyalı, radiodalğalı, ultrasəs, birləşmiş və digər növlərini, qəbul-nəzarət aparatları, idarəetmə panelləri, xəbərdaredici vasitələr, indikator qurğuları, radio-kanal və digər avadanlıqları təqdim edirik. Onu da qeyd edim ki, bütün məhsullar rusiyalı mütəxəssislər tərəfindən daxili imkanlar hesabına hazırlanıb.

“Teko” şirkəti bu sərgidə ikinci dəfədir ki, iştirak edir. Ötən ilin yekunlarına əsasən, biz şirkətin məhsullarını Azərbaycan bazarında təbliğ etmək baxımından müəyyən nəticələr əldə etmişik. Buna görə də bu il ticarət şirkətləri, eləcə də bizim avadanlıqlarla tanış olan mütəxəssis-montajçılarla əməkdaşlıq əlaqələri qurmaqda maraqlıyıq.

 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN