Yanğından mühafizə sistemlərinin satışı, quraşdırılması və texniki qulluğu

Yanğından mühafizə sistemlərinin satışı, quraşdırılması və texniki qulluğu

6 sentyabr 2022 0000

Şəhriyar Kərimov, “Smart Security” şirkətinin direktoru

Şirkətimiz 2017-ci ildə yaradılıb. Biz mövcud olduğumuz bütün müddət ərzində yanğından mühafizə sistemləri ilə bağlı bir çox böyük layihə həyata keçirmişik. Biz yanğından mühafizə sistemlərinin həm satışı, həm də quraşdırılmasını, yanğınsöndürmə balonlarının satışını, eləcə də onların yoxlanılmasını və yanğınsöndürən maddə ilə doldurulmasını həyata keçiririk.

Bu gün biz stendimizdə Amerika istehsalı olan mətbəx üçün sorucu şkafın yanğınsöndürmə sistemini, müxtəlif növ yanğınsöndürənləri, yanğınsöndürmə çiləyicilərini, həmçinin yanğın siqnalizasiyası sistemini təqdim edirik.

Bu, bizim “Securex Caspian” sərgisində ilk iştirakımızdır. Biz hazırkı tərəfdaşlarımızla əlaqələri möhkəmləndirməyə, eyni zamanda yeni müştərilər əldə etməyə, işgüzar tərəfdaşlığı genişləndirməyə çalışırıq. Bizim üçün həm Azərbaycan bazarında öz yerimizi möhkəmləndirmək, həm də müştəriləri keyfiyyətli və sertifikatlı məhsullarımızla tanış etmək vacibdir.

Təşkilatçılara belə xoş təsir bağışlayan sərgini keçirdiklərinə və biz sahibkarlara beynəlxalq səviyyədə ünsiyyət üçün əla imkan yaratdıqlarına görə minnətdarlığımı bildirirəm. Mən bu sərginin təşkilatçıları ilə uzun müddət əməkdaşlıq edəcəyimizə ümid edirəm.

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN