Yeni müştərilərin cəlb edilməsi və həmkarlar ilə təcrübə mübadiləsinin təsiri

Yeni müştərilərin cəlb edilməsi və həmkarlar ilə təcrübə mübadiləsinin təsiri

9 sentyabr 2022 0000

Ayxan Əsgərov, “ALC Attorneys”-in direktoru

– Müasir təhlükəsizlik və video müşahidə sistemləri ilə tanış olmaq istəyi məni “Securex Caspian” sərgisinə gətirdi. Bu istiqamətdə, pərakəndə satış, bankçılıq, şəxsi istifadə və s. kimi sahələrdə istifadə oluna biləcək çoxlu müxtəlif məhsullar və təkliflər var. Bizim ölkədə və xaricdə çoxlu tərəfdaşlarımız var ki, məncə, onlar buna maraq göstərə bilərlər.

Sərgi, ümumilikdə, yeni müştərilərin cəlb edilməsi, həmkarlar ilə təcrübə mübadiləsi və yeni işgüzar əlaqələrin qurulması üçün çox layiqli bir meydançadır. Müasir şəraitdə şəxsi təhlükəsizlik, iş yerində, ictimai yerlərdə, yollarda və vətəndaşların kütləvi şəkildə ziyarət etdiyi yerlərdə təhlükəsizlik gündəlik həyatımızda ən mühüm yerlərdən birini tutan məsələdir.

Ona görə də vətəndaşların öz şəxsi təhlükəsizlik imkanları və təhlükəsizlik və mühafizə sahəsində fəaliyyət göstərən müvafiq struktur və şirkətlər haqqında məlumat ala biləcəyi, yeni, müasir vasitələrlə tanış ola biləcəyi yer olan bu cür sərgilərin keçirilməsi, şübhəsiz ki, çox vacibdir.

Mənim müşahidələrimə görə, “Securex Caspian”-ın iştirakçı şirkətlərinin stendlərinə göstərilən maraq sərginin ziyarətçilərin istək və ehtiyaclarını tam təmin etdiyini göstərir.


Rəsmən mehmanxana

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN