19-22 oktyabr tarixində Bakı Ekspo Mərkəzində regionda təhlükəsizlik üzrə yeganə tədbir sayılan 9-cu Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securika CIPS 2016” sərgisi keçiriləcək. “Securika CIPS 2016” regionda təhlükəsizlik üzrə yeganə beynəlxalq ixtisaslaşdırılmış sərgidir. Bu işgüzar fəaliyyət meydançasında tədbir iştirakçıları biznesin gələcək inkişafı naminə sahə mütəxəssisləri ilə qarşılıqlı faydalı əlaqələr qurmaq üçün unikal imkan əldə edirlər. Sərgi həm də bu sahənin inkişafı və mühüm strateji razılaşmaların əldə olunması üçün lazımı şərait yaradır.
Bu il “Securika CIPS 2016” sərgisində Azərbaycan, ABŞ, Çin, Rusiya, Türkiyə və digər ölkələrin 16 şirkət iştirak edəcək. Nümayəndələri təhlükəsizliyin təmin olunması üzrə texniki vasitələr, qapalı mühafizə televiziyası və müşahidə kameraları CCTV, qəza-xilasetmə texnikası, informasiya mühafizəsi vasitələri, smart kartlar, kimliyin müəyyən edilməsi texnologiyaları, turniketlər, girişə nəzarət sistemi və inteqrasiya olunmuş təhlükəsizlik sistemlərini nümayiş etdirəcəklər. Sərginin “Yanğın təhlükəsizliyi sistemləri” sektorunda mütəxəssislərin nəzərinə yanğın əleyhinə təhlükəsizlik sistemləri, yanğın və mühafizə siqnalizasiyaları, texniki yanğın kameraları, yanğın datçikləri və detektorları, eləcə də yanğın əleyhinə xüsusi təyinatlı avadanlıqlar və bir sıra digər məhsullar təqdim olunacaq. Sərgidə terror aktlarının qarşısını almaq üçün hazırlanmış və istənilən nəqliyyat vasitəsini dayandırmaq iqtidarında olan “Arma Kontrol” avtomatik tumbası, partlayış zamanı alov ilə təmasdan 3 saniyə sonra yanğının qarşısını alan “Elide” “alov kürəsi”, quruda və dənizdə tətbiq edilən, habelə ənənəvi yanğınsöndürmə sistemi ilə müqayisədə kifayət qədər cüzi su sərf edən “HI-FOG” nazik su şırnaqlı yanğınsöndürmə sistemi kimi bir sıra innovativ məhsullar təqdim edilir. Bu il “Securika CIPS” sərgisi “re-brendinq” prosesindən sonra ilk dəfə yeni brend kimi təqdim edilir. 2017-ci ildə sərginin adı da yenilənəcək və “ITE Group plc” şirkətinin təhlükəsizlik üzrə sərgi seqmentinə daxil olan digər beynəlxalq sərgilərə uyğun olaraq, “Securika Caspian” adlandırılacaq.

20 oktyabr tarixində “Fairmont Baku” otelində çoxsahəli Azərbaycan-Dubay biznes-forumu keçiriləcək. Bu foruma “Xəzər İnşaat Həftəsi 2016” tədbirinin iştirakçıları da qatılacaq.
DƏSTƏK
“BakuBuild” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsi tərəfindən dəstəklənir. BakuBuild, Aquatherm Baku, Securika CIPS isə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, habelə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. 2016-cı ildə Iteca Caspian şirkətinin rəsmi tərəfdaşları qismində “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və “Premier Tour” (rəsmi turoperator) şirkətləri, “Sheraton Hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (rəsmi montajçı) şirkəti çıxış edirlər.
TƏŞKILATÇILAR
Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir. Sərginin uğuru “ITE Group” şirkətinin beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edən tərəfdaşlar şəbəkəsinin kollektiv fəaliyyəti nəticəsində təmin olunur. Onların arasında “ITE London”, “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE Gulf” (BƏƏ), “Invernizzi Group” (İtaliya), “ITE China” (Çin) və “ITE Poland” (Polşa) şirkətləri var.
Sərginin “Daily News” adlı rəsmi qəzeti tədbir ilə eyni vaxtda dərc olunacaq və burada sərgi iştirakçıları barədə məlumatlar, eləcə də sərgi çərçivəsində baş verən hadisələr əks etdiriləcəkdir. “Xəzər İnşaat Həftəsi”nin ən son xəbərləri sərgilərin veb-saytlarında və sosial şəbəkələrdəki rəsmi səhifələrdə operativ surətdə yerləşdiriləcək.
Artıq bizim sərgilərdə xüsusi uşaq guşəsi fəaliyyət göstərir. Bu isə o deməkdir ki, siz sərgiyə uşaqlarla gəldiyiniz zaman, onları bizim peşəkarlara etibar edə bilərsiniz. Siz sərgi iştirakçıları ilə görüşlər keçirərkən, həmin peşəkar şəxslər uşaqlarınızı faydalı və maraqlı əyləncə növləri ilə məşğul edəcəklər. Bu xidməti sizə tərəfdaşımız - “Ağıl və Bilgi” şirkəti təklif edir. Öz işinin peşəkarları olan bu gənclər çoxdandıq ki, maraqlı və qeyri-adi layihələri, eləcə də əyləncəli ekskursiyaları ilə həm uşaqların, həm də onların valideynlərinin rəğbətini qazanıblar. Beləliklə, sərgilərin dörd günlük fəaliyyəti ərzində on minlərlə mütəxəssis inşaat sahəsinin innovativ texnologiyaları ilə tanış olaraq müqavilələr imzalaya və bu sahənin aparıcı istehsalçıları və distribyutorları ilə tərəfdaşlıq əlaqələri qura və bununla da, ən yeni texnologiyaları ölkənin sürətlə inkişaf edən inşaat sahəsində tətbiq edə biləcəklər. “Xəzər İnşaat Həftəsi” 22 oktyabr tarixində öz işini başa vuracaq. Ziyarətçilərin rahatlığı üçün metronun “Koroğlu” stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə xüsusi (pulsuz) avtobuslar təşkil olunacaq. #SecurikaCIPS